Yeni Azərbaycan Partiyası Suraxanı rayon ərazi partiya təşkilatının iclası keçirildi

1 noyabr 2021-ci il tarixində 318 nömrəli tam orta məktəbdə Suraxanı rayon Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilat üzvlərinin iclası keçirildi. İclasda Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da iştirak etdi. Tədbirin gündəliyində aşağıdakı məsələlər yer aldı:
- Suraxanı rayon təşkilatının qurumdakı ərazi partiya təşkilatının fəaliyyəti haqqında.
- Ərazi partiya təşkilatının sədr və müavininin seçilməsi.
- Digər məsələlər.
İlkin olaraq ərazi partiya təşkilatının fəaliyyəti barəsində məktəbin direktor müavini Mürsəl Kazımov hesabat xarakterli mərizə ilə çıxış etdi. Çıxış dinlənildi və ərazi partiya təşkilatının işi qənətbəxş hesab edildi. Daha sonra səsvermə yolu ilə məktəbin direktoru Əliqismət Səfərov ərazi partiya təşkilatının sədri, Almaz Əhmədova isə sədr müavini seçildi. Yəğıncaqda Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da çıxış etdi.