Şəhid Muxtar Qasımlı və Orxan Qəhrəmanov adına bulağın açılışı oldu

Oktyabrın 30-da Vətən müharibəsinin şəhidləri Qasımlı Muxtar Əli oğlu və Qəhrəmanov Orxan Sərvər oğlunun adlarının əbədiləşdirilməsi məqsədi ilə onların əziz xatirəsinə Qaraçuxur qəsəbəsində inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini,  Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Həmçinin, tədbirdə şəhidlərimiz Muxtar Qasımlının və Orxan Qəhrəmanovun təhsil aldıqları 104, 141 və 318 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak edərək şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi