İbtidai siniflərdə dərslərə start verildi

22 sentyabr 2021-ci il tarixində ümumi təhsil müəssisələrində olduğu kimi 318 nömrəli tam orta məktəbdə də I-IV siniflər üzrə ənənəvi şəkildə tədris başlanıldı. Məktəbin qarşısı şagirdlər və valideynlərlə doldu. Son 2 ildə pandemiya səbəbindən fəaliyyəti dayandırılmış məktəblər şagirdlər üçün, onlayn dərslərdən sıxılmış şagirdlər isə öz məktəbləri, öz müəllimləri, sinif yoldaşları üçün darıxmışdılar. Bu gün doğma məktəbləri onları yenidən öz qoynuna aldı və dərs ilinə start verildi.
2021-2022-ci tədris ilinin xalqımızın, Vətənimizin tarixinə "Zəfər ili" kimi daxil olduğuna görə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu.