Məktəbimizin fəxri İsabala Hüseynovun əziz xatirəsinə

    Bakı şəhəri 318 nömrəli tam orta məktəbin 2018-ci il məzunu İsabala Hüseynov  2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində "Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə təhsil alıb.

İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    İsabala Hüseynovun əziz xatirəsi oxuduğu məktəbin rəhbərlyi ilə birgə müəllim və şagird heyəti tərəfindən tez-tez yad edilir. Bu dəfə də məktəbin tarix müəllimi Sevda Kərimova rəhbərlik etdiyi 11 “A” sinfinin məzunları ilə İsabalanın qəbrini ziyarət etmiş, məzarı üzərinə əklil və gül dəstələri qoymuşlar. Sevda müəllim öz ürək sözlərini söyləyərək şəhidlərin heç zaman unudulmayacağını və daim öz şagirdlərinə qəhrəman oğullarımızın şücaətləri haqqında danışacağını bildirdi (https://youtu.be/Kb2JjCSF-vM).

     Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi