Məktəbdə "Son zəng" çalındı

 

      Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı nəzərə alınaraq “Son zəng” tədbirlərinin müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verildi.

      Bakının 318 nömrəli tam orta məktəbində pandemiya dövrünün şərtlərinə əməl edilməklə  “Son zəng” tədbiri keçirildi (https://youtu.be/dMakc1S5OTo). Tədbirdə şagirdlər, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər. Şagirdlər qədər valideynlər də, müəllimlər də həyəcanlı idilər. Məzunların üzündə həm sevinc, həm də kədər hissi var idi.

       Keçirilən tədbirdə məktəb direktoru Əliqismət Səfərov məzunları, müəllimləri və valideynləri təbrik etdi. O, bizə bu zəfər ilini yaşadan şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.

   Sonra söz məktəbin məzunu olan şəhid Muxtar Qasımlının qardaşı Kənan Qasımlıya verildi. O, qardaşı Muxtar Qasımlının Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan danışaraq belə igidlərin xatirəsini daim uca tutmağı tövsiyə etdi. Çıxışının sonunda Kənan Qasımlı məzunları təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.

    Tədbirdə məktəbin məzunu şəhid İsabala Hüseynovun anası da çıxış edərək məzunları təbrik etdi və müəllimlərə öz dərin təşəkkürünü bildirdi. Onun çıxışı tədbir iştirakçılarını kövrəltdi.

    11-ci sinfin rəhbəri Rübabə İbrahimova da öz növbəsində məzunları təbrik etdi və onlara harada olurlarsa olsunlar, daim dövlətimizin, məktəbimizin adını yüksəklərə qaldırmağı tövsiyə etdi.

      Sonda məktəbin direktoru öz çıxışında məzunları tək-tək bağrına basaraq onlara gələcək həyatlarında uğurlar arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi