Şagirdlər Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar videotəqdimatlar hazırlamışlar

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanmışdır. Ölkəmizi dünyaya tanıdan, ona beynəlxalq aləmdə nüfuz qazandıran Ümummilli lider Heydər Əliyev siyasəti uğurlu sabahımızın təminatçısıdır.
Dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar 318 nömrəli tam orta məktəbin şagirdləri videotəqdimat hazırlamışlar (https://youtu.be/_Qpf2WVmjCo). Onlar bu təqdimatda Ulu öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti haqqında danışmışlar.