Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər keçirilir

   Bu il dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə; 1921-2017) anadan olmasının 100 illiyi qeyd olunur. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Bu tədbirlərə əsasən 318 nömrəli tam orta məktəbin şagirdləri görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair multimedia resursları hazırlamışlar (https://youtu.be/zQzYyC6vptI​).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi