Şagirdlər “Hər kitab bir xəzinədir” adlı sosial layihədə aktiv iştirak edirlər

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən “Hər kitab bir xəzinədir” adlı sosial layihədə şagirdlər aktiv iştirak edirlər. Kitab mütaliəsi oxuculara onların söz ehtiyyatının artması və səlis nitq qabiliyyətinə sahib olması üçün ən yaxşı vasitədir. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

   Ulu Öndərimiz həmişə gənclərə mütaliə etməyi, biliklərini artırmağı tövsiyə etmişdir. Ümummilli lider Heydər Əliyevin bütün elmlərə dərindən yiyələnməyinin hər birimiz dəfələrlə şahidi olmuşuq. Bir sıra xarici jurnalistlərin Ulu Öndərə verdikləri - “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” - sualına dahi rəhbər belə cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır.

  318 nömrəli tam orta məktəbin şagirdləri də mütaliəni çox sevirlər. Onlar oxuduqları kitablar haqqında yaranmış təəssüratlarını dostları ilə bölüşüblər (https://youtu.be/zgjDM5UNsUw).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi