7 "C" sinif şagirdləri "Qarabağ uşaqların gözü ilə" müsabiqəsinə qatıldı

   Aprelin 1-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsi”nə start verilib.

   Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən müsabiqənin məqsədi Qarabağın qədim tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarətdir. 

   318 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Cəbrayılova Gülnarə 7 “C” sinif şagirdləri ilə birgə “Qarabağ uşaqların gözü ilə” videoçarx müsabiqəsinə qatılıb (https://youtu.be/fKHhDE3asjs). 7 “C” sinif şagirdlərinin xüsusi fəallığı ilə ərsəyə gələn bu kiçik layihə ilə Qarabağ savaşının tarixinə nəzər salınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi