Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatından "Təşəkkürnamə"

    Son bir neçə aydır ki,  Yer  kürəsinin hər  yerində  tüğyan  edən  və dünyanı  bürüyən  “COVİD-19” pandemiyası insanlığın üzləşdiyi ən çətin və ən ağır sınağa çevrilmişdir. Artıq milyonlarla insan bu xəstəliyə yoluxmuş, yüz minlərlə adam isə həyatlarını itirmişdir. Pandemiya dünya əhalisinin illərlə formalaşmış həyat tərzini sarsıtmış, öz yüksək inkişafı, xalqlarının rifah səviyyəsi, elm və səhiyyə sistemləri ilə öyünən bir çox dövlətlər acınacaqlı duruma düşmüşdür.

    Bu baxımdan Azərbaycan dövlətinin və ölkə rəhbərinin  tüğyan edən koronavirus xəstəliyi ilə bağlı atdığı addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə əlaqədar görülən işlər xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində ölçülüb-biçilmiş qabaqlayıcı tədbirləri sayəsində infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa və pandemiyanın geniş vüsət  almasının  qarşısını  almağa  imkan  vermişdir.

    Bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışan,  dünyanı ağuşuna alan COVİD-19 virusu ilə mübarizədə şücaət göstərərək xalqa yardım edən, həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən  tibb işçiləri ilə yanaşı könüllü şəxslər də var. Onlardan biri də 318 nömrəli məktəbin müəllimi Vüsal Qasımovdur. Vüsal müəllim COVİD-19 koronavirus pandemiyasının tüğyan etdiyi ən çətin günlərdə karantin qaydaları çərçivəsində öz sağlamlığını təhlükə altına qoyaraq Suraxanı rayonu ərazisində yaşayan xəstə, yaşlı, imkansız ailələrə yardımların çatdırılması və onlara könüllü xidmət sahəsində müstəsna xidmətlər göstərmişdir. Elə buna görə də Vüsal müəllim Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. “Təşəkkürnamə”ni Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi