Şəhidlər ölməz,Vətən bölünməz!

Kimliyindən asılı olmayaraq, istənilən şəhid hər bir vətən övladının qəlbinə düşmüş bir qordur. Şəhidin doğması, yadı olmaz. Onlar öz qanlarıyla bu torpağın yoğrulub vətənə çevrilməsində rol oynayıblar. Şair demişkən, torpaq - əgər uğrunda ölən varsa Vətəndir. Bu gün məktəbimizdə Şəhidlərin əziz xatirəsi yad edildi. Milli ruhda böyüyən şagirdlərimiz Vətənə olan sevgisini nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən şəhid olan soydaşlarımız xalqımızın qeyrətli oğul və qızları tərəfindən daim hörmət və ehtiramla yad olunacaq.