Dərs Xocalı faciəsinə həsr olundu

    Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.

    Hər il olduğu kimi bu il də təhsil ocaqlarında Xocalı soyqırımı müəllim və şagirdlər tərəfindən dərin hüzn və kədərlə yad edilir. 318 nömrəli tam orta məktəbin sinif müəllimi Ofelya Hacıyeva da rəhbərlik etdiyi 4 “E” sinfində dərsi Xocalı faciəsinə həsr etmişdir (https://youtu.be/jD3dZB8FYSk). Şagirdlər Xocalıda baş verən soyqırım haqqında tarixi həqiqətlərdən, aqressiv və cinayətkar erməni siyasətindən danışdılar. Onlar hazırladıqları ədəbi-bədii kompozisiyaları nümayiş etdirdilər, vətənə, Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər.

    Dərsdə Xocalı faciəsinin qurbanlarını və Azərbaycan Ordusunun qüdrətini əks etdirən video-çarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi