"Qarabağın musiqisi, Qəlbin musiqisi" adlı şeir və mahnı müsabiqəsi keçirildi

    Hər bir daşı cənnətin bir parçası, daşı-torpağı tarix qoxan mədəniyyət beşiyi – Qarabağ!

    Elə bir torpaq ki, sanki bütün istedadlı insanlar orda cəmləşib.

    Qələmləri tarix yazan, fırçaları füsunkarlıq yaradan, bəstələri sərhədlər aşan, avazı könülləri oxşayan insanların böyük və əvəzolunmaz istedadların diyarı.

  Qarabağ sözün əsl mənasında sənət məbədgahı olan bir diyardır. Təsadüfi deyil ki, Qarabağı Qafqazın sənət ocağı, sənət oylağı və həm də Şərqin konservatoriyası adlandırırlar. Bütün bunların hər birində böyük məntiq, böyük məna var, çünki, Qarabağ Azərbaycana elə incilər bəxş edib ki, məhz o incilər Azərbaycanı dünyanın bütün ölkələrində tanıdıblar. Qarabağın bizə bəxş etdiyi dəyərli sənətkarların bu gün ruhu şaddır. Çünki özündə xatirələr yaşadan dəyərli sənətkarların, Bülbülün, Üzeyirin, xan qızı Natəvanın uyuduğu torpaq uzun illərin həsrətindən sonra, həqiqi sahibinə qovuşdu.

   318 nömrəli tam orta məktəbin 6 “Ç” sinif şagirdləri musiqi müəllimi Aynurə Əliyevanın rəhbərliyi ilə “Qarabağın musiqisi, Qəlbin musiqisi” adlı şeir və mahnı müsabiqəsi keçirmişlər (https://youtu.be/5PA94ufj2eY). Şagirdlər bu müsabiqədə Qarabağa həsr olunmuş mahnılar ifa etmiş, şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi