“2021-ci il Nizami Gəncəvi ilidir” mövzusunda tədbir keçirilmişdir

   “2021-ci il Nizami Gəncəvi ilidir” mövzusunda tədbir keçirilmişdir. Tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş, videogörüntü formasında Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin 7 “C” sinif şagirdlərinin iştirakı ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Cəbrayılova Gülnarə tərəfindən keçirilmişdir (https://youtu.be/15cSXGjV6JQ). Bu kiçik səyahətimizlə dünya ədəbiyyatı xəzinəsində özünə əbədi yer qoyan dahi və ölməz sənətkarımız Nizami Gəncəvi yaradıcılığı bir daha yad edildi.

 

 

                                 ”Bilik öyrənməyi ar bilən hər kəs,

                                  Dünyada mərifət qazana bilməz.”

 

   Nizami Gəncəvi dahi şair olmaqla yanaşı, həm humanitar, həm təbiət, həm də dəqiq elmlər üzrə dərin biliklərə sahib böyük alim-mütəfəkkir olmuşdur. Onun yaradıcılığı dərindən tədqiq olunduqca, bütün dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi