Ali Baş Komandanın sərəncamı ilə məktəbin məzunları medallarla təltif olundular

   24 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərləri 318 nömrəli məktəbin məzunları Mərdanlı Mərdan Müzəfər oğlu və Mərdanlı Rəfael Füzuli oğlu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşlar.

   25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri 318 nömrəli məktəbin məzunu Mehbaliyev İlqar Malik oğlu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

   25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri 318 nömrəli məktəbin məzunu Muradov Emin Tahir oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi