“Şanlı Ordumuz” mövzusunda inşa müsabiqəsi keçirildi

Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Həsənova sinif rəhbəri olduğu 5 “Q” sinfində ədəbiyyat fənnindən “Şanlı Ordumuz” mövzusunda inşa müsabiqəsi keçirdi (https://youtu.be/qn4f991FcTE). Bütün sinif müsabiqəyə həvəslə hazırlaşmış, inşada güclü ordumuz haqqında öz fikirlərini bildirmişlər. Onlar müsabiqədə hərbi geyim geyinməklə yanaşı gözəl rəsm əsərləri də çəkmişlər. Dərs müddətində hər kəs inşasını təqdim etdi. İnşalar bir-birindən maraqlı və rəngarəng idi. Şagirdlər inşada əsgərlərimizə öz arzu və diləklərini də çatdırdılar. İnşa müsabiqəsi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirdi. Dərsin sonunda müəllim bu kiçik balaların necə böyük qəlbə sahib olduqlarını görüb bütün şagirdləri “Şanlı Ordumuz” inşa müsabiqəsinin qalibi elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi