“İlhamlı Zəfərimiz mübarək”

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəalı, məktəbimizin müəllimi Vüsal Qasımovun “İlhamlı Zəfərimiz mübarək” məqaləsi işıqlandırılmışdır. Bu münasibətlə məktəbimizin kollektivi adından Vüsal müəllimi təbrik edir, işlərində uğurlar arzulayırıq (https://youtu.be/6Zt0QlP75oI).

“İlhamlı Zəfərimiz mübarək”

Prezidentimiz Cənab İlham Əliyevin yürütdüyü güclü xarici siyasətin nəticəsidir ki, ölkəmizi bu çətin günlərdə bir çox xarici dövlətlər dəstəkləyərək ərazi bütövlüyümüzü tanıdıqlarını bir daha bəyan etdilər. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan ordusunun düşmənə qarşı əks-hücum əməliyyatını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə etdilər.

Döyüşlər başlayan ilk gündən xalqımız daim ətrafına sıx birləşdiyi, etimad göstərdiyi cənab Prezident İlham Əliyevə, müzəffər ordumuza dəstək nümayiş etdirmişdir. On minlərlə vətən oğlu şanlı qələbələr yazan ordumuza qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət etmişdir. Heç şübhəsiz ki, ordumuzun bu parlaq qələbələrinin əsasında, xalq və dövlətin vəhdəti dayanır. Cənab Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımlar bu günkü şanlı zəfərimizi təşkil edən əsas amildir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu rəşadətli Azərbaycan ordusunun və müzəffər Ali Baş komandanın mənəvi haqqı idi ki, bütün dünyaya öz hərbi qüdrətini bir daha göstərsin. Bu gün ordumuz 5-ci nəsil hərbi texnikalarla və cəsarətli, vətənpərvər ürəklərdən təşkil olunmuşdur. Onların Şuşanın qayalarında yazdığı dastan, Füzuli düzənlərində keçdiyi istehkamlar hələ uzun müddət hərb tarix kitablarında yaşayacaqdır. Biz, hər birimiz, hər bir azərbaycanlı öz ordusu ilə, şanlı vətən ordusu ilə qürur duyur.

Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavadın ruhunu şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbarihmovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qurur günüdür. Bu sözləri həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azadlıq meydanında ifadə edib. Cənab Ərdoğanın bu paradda iştirakı dosta güvən, düşmənə isə əzab idi. Hər kəs iki qardaş ölkənin sözün bütün mənalarında iki bədəndə bir can, Türkiyə-Azərbaycan olduğunun şahidi oldu. Bu parad, ondan sonra qarşılıqlı imzalanan razılıqlar bu amala xidmət edirdi. Biz hər sözdə, hər ifadədə də birlik, qardaşlıq, vahidlik gördük.

Zəfər paradı son otuz ildə param-parça olmuş ruhumuzun birləşməsi, bütövləşməsi idi. Cənab Prezident İlham Əliyev, Siz qaldırdınız aramızdan qorxunu, həsrəti, niskili, bayrağımızı yenidən ucalara, lap Şuşa qalasına Siz asdınız! Qürurumuza qürur qatdınız cənab Ali Baş komandan! Millətimizin dilində dastana, şeirə çevrildiniz. Cənab Ali Baş komandan, Siz Ulu Öndər Heydər Əliyevin “Şah Əsərim” dediyi müstəqil Azərbaycanı müzəffər, qalib etdiniz!

Qarabağı 30 illik həsrətdən sonra Ana Vətən, Azərbaycana qovuşduran Prezidentimiz cənab İlham Əliyevə və Şanlı Ordumuza eşq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi