Tarixi iki Qardaş Dövlət - Azərbaycan-Türkiyə

   Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. 318 nömrəli məktəbin müəllimi Vüsal Qasımovun Yeni Azərbaycan Partiyasının rəsmi saytında  bu barədə yazısı dərc olunmuşdur. Vüsal Qasımov Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biridir. Onun yazısını olduğu kimi sizə çatdırırıq.

 

Tarixi iki Qardaş Dövlət - Azərbaycan-Türkiyə

   Dünya üzərində əlaqələri çox sıx olan, lazım gələndə birlikdə savaşa gedən bir çox dost ölkə var. Amma həmin bu ölkələrin dostluğu maddiyyat üzərində qurulub. Tarix bir çox vaxt aralarından su keçməyən dövlətlərin bir-birinin kürəyindən vurmasının şahidi olmuşdur. Amma biz bu mövzuda çox şanslı bir millətik. Bəlkə bizim dost deyə bildiyimiz ölkələrin sayı çox-çox azdır, amma eyni dilin, fərqli ləhçəsində danışdığımız, eyni soydan gəldiyimiz iki dövlət tək millət deyecək qədər bir qardaş ölkəmiz var; Azərbaycan və Türkiyə! Səmimi münasibətilə bütün dünyanı qısqandıran iki qardaş ölkə. Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının-Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi, məxsus olduğu xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli Lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına əsaslanan Azərbaycan- Türkiyə əməkdaşlığı ölkə prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhəbrliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymusdur.

   Qardaş Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edir.

   Azərbaycan Milli Ordusunun uğurlu əməliyyatlarının da bu qardaşlıq dəstəyindən qaynaqlandığını vurğulayan Ali Baş Komandan Cənab İlham Əliyevin açıqladığı kimi artiq dünya dəyişir, hər kəs bizim gücümüzü görür. Ordumuzun gücü qarşısında acız qalan Ermənistan Azərbaycanın dinc əhalisini raketlərlə vurmağı qarşısına məqsəd qoyub. Bu vəhşiliyi dünya görsədə hələ də bəzi erməni lobbisinə xidmət edən ölkələr bu cinayətə səssiz qaliblar.

İlham Əliyevin:”İnşəAllah, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələrinin dəstəyilə öz vəzifəsini yerinə yetirəcək”, -deməsi Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin həçdə uzaqda olmamasının mesajı iydi. Mövcud vəziyyətlə əlaqədar son hadisələr sübut edirki, Ali Baş Komandanın əmrini gözləyən, onu dəstəkləyən, yanında olan minlərlə vətəndaşın vətən eşqi, azadlıq sevdası bizi qələbəyə yaxınlaşdıran birliyimiz, gücümüzdür. Bu həssas dönəmdə Türkiyə rəsmiləri ilə yanaşı, Türkiyə xalqından da Azərbaycan xalqına böyük dəstək görmüş olduq. Onların arasında “Dağlıq Qarabağda savaş başlayarsa, düşünmədən gedərəm” deyən qan qardaşlarımız var. Bunu basqa heç bir millət Azərbaycan üçün etməz. Bu bir daha “Türkün türkdən basqa dostu yoxdur” ifadəsəni təsdiqləmiş oldu!

   Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmusdur.

   Cənab İlham Əliyev söyləmisdir: Ermənistan əhalisi 99% ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenədə yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95%i ermənilər deyil, əhalinin 100%i ermənilərdir. Çünki orada yaşayan 25% azərbaycanlı Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmişdir. Prezident İlham Əliyev Nikol Paşinyanın tarixdən, siyasətdən və insanlıqdan uzaq insan olduğunu faktlarla sübut edib: O, Azərbaycan kimi dövlətə və Siyasi Liderinə şərtlər qoymağa çalışır. Əlbəttə, bu şərtlərin heç biri qəbul edilməyəcək. Bu gün Azərbaycan ordusu güclüdür. Azərbaycan Siyasi Rəhbəri dünyada kifayət qədər tanınan və yüksək nifuza malik olan lider kimi özünü təsdiq edib. Azərbaycana qarşı bu cür hərəkətlər qəbul edilməzdir. Hesab edirəm ki, Cənab Prezidentin səsləndirdiyi fikirlər Ermənistana və onun havadarlarına ciddi mesajdir.

   İnşəAllah qələbə bizimlədir. Bizim Ordumuza və Cənab Ali Baş Komandan İlham Əliyevə inamımız sonsuzdur. Qarabağ bizimdir, Qarabağ Azərbaycandir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi