10 may Ümummilli liderimizin ad günüdür

Hər il 10 may tarixində Azərbaycan xalqı ən görgəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. 10 may Ümummilli liderimiz Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə "Bahar" qəsəbəsi ətrafında salınmış yaşıllıqda 318 saylı tam orta məktəbin rəhbər və işçi heyəti tərəfindən iməcilik keçirilmişdir.