Şagirdlər Ali Baş Komandan İlham Əliyev və Şanlı Ordumuz haqqında inşa yazdılar

“Biz güclüyük, çünki bizim müzəffər Ali Baş Komandanımız və onun güclü, cəsur, yenilməz, müzəffər ordusu var.”

“İkinci Qarabağ müharibəsində Ali Baş Komandamızın siyasəti və ordumuzun gücü birləşərək düşməni məğlub etdi.”

“Azərbaycan ordusu elə bir tarixi zəfərə imza atdı ki, ardıcıl olaraqbir addım da olsun geri çəkilmədən işğal olunmuş ərazilərimizin hamısını mənfur düşməndən azad etdi.”

Bu sözlər məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülkər Qocayevin rəhbərlik etdiyi 8 "Ç" sinif şagirdlərinin Ali Baş Komandan və Müzəffər Ordumuz haqqında söylədikləridir(https://youtu.be/QREbjdgF3WA). Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında igidlik göstərmiş və canlarından keçmiş qəhrəmanlarımızın ömür yolu sözün əsil mənasında gənclərimizə örnəkdir. Böyük vətənpərvərlik nümunəsi göstərən, torpağını, elini, obasını canından əziz tutan igidlərin göstərdikləri şücaətlər heç vaxt unudulmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi