Şəhidlərimizin əziz xatirəsini yad etdik

    Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi. Dövlət bayraqları endirildi, nəqliyyatın hərəkəti dayandı, avtomobillərdən, gəmilərdən səs siqnalları verildi. Anım gününün ikonası “Xarı Bülbül” olmuşdur.

    318 nömrəli məktəbin müəllim və şagird heyəti də şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi