Cənnət ətirli şəhidimiz – Baş Leytenant Qasımlı Muxtar Əli oğlu

    318 nömrəli məktəbin 2009-cu il ilk məzunu Qasımlı Muxtar Əli oğlu 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür.

   Azərbaycan Silahlı Quvvələrinin baş leytenantı Muxtar Qasımlı Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda gedən döyüşlərdə şücaət göstərmiş, müqəddəs amal uğrunda canını fəda etmişdir. 2020-ci il oktyabrın 2-də Füzuli rayonunun azad olunması uğrunda döyüşdə şəhid olmuşdur (https://youtu.be/yeysFi0Ebec). Onun keçdiyi ömür yolu gənclərimizə örnəkdir. Hər bir gənc Muxtar kimi qəhrəmanları tanımalı, onların keçdiyi şərəfli döyüş yolundan Vətənə məhəbbəti, sədaqəti öyrənməlidir (https://youtu.be/2aS7XwQpsDM). 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi