Ermənistanın torpaqlarımızdakı ekoloji terroru

     Zəngin , füsunkar təbiəti, qiymətli yeraltı və yerüstü sərvətləri, qədim tarixi, adət-ənənələri olan Vətənimiz Azərbaycan min illərdir ki, erməni işğalçılarının təcavüzünə məruz qalır. Torpağı, tarixi olmayan erməni vandalları torpaqlarımızda özlərinə dövlət yaratmış , “Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməmişdir. İşğalçılıq siyasətini davam etdirərək 1991- 93- cü illərdə Azərbaycanda nizami ordunun olmamasından,hakimiyyətin zəifliyindən, ölkəmizdəki siyasi hərc- mərclikdən istifadə edərək, Vətənimizin dilbər guşəsi olan Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etmişdir. Bu zaman nə qədər amansız, vəhşi, barbar millət olduqlarini bir daha nümayiş etdirmiş, yerli əhalini ən amansız üsullarla, işgəncələrlə qətlə yetirmiş, hər birimizin qəlbində sağalmaz yara açan Xocalı soyqırımını törətmişlər.

     Erməni vandalları təkcə mülki əhaliyə,qocalara, uşaqlara qarşı yox, həm də təbiətə qarşı amansız olmuşlar. 30 ilə yaxındır ki işğal altında saxladıqları torpaqlarımızda ekoloji terror törətmişlər. Nəticədə meşə sahələri surətlə deqradasiyaya uğramış,təbii resurslar qanunsuz olaraq talan edilmiş, ərazilərimiz yandırılmış, ətraf mühitə xeyli ziyan dəymişdir. Bir neçə faktı nəzərinizə çatdırmaq istərdim.

   Laçının şimalında, Gəlinqaya zirvəsindən cənubda Alagöllər və Qaragöl yerləşir.Mənfur düşmən öz əkin sahələrini sulamaq üçün göllərin suyundan istifadə edib,göllərin səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Hər iki göl Qaragöl qoruğunda yerləşir.Dəniz səviyyəsindən 2900m yüksəklikdə yerləşən qoruqda landşaft Alp landşaftıdır.Torpağı dağ- çəmən torpağıdır. Ermənilər qoruqdan otlaq kimi istifadə edərək ərazini məhv etmiş, qoruğun florasını tamamilə korlamışlar. Şimal – şərqdə yerləşən düzənliklər səhraya çevrilmişdir.

    Eyni zamanda qeyd etmək lazımdır ki, işğal altında olan ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib,su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror cəbhəyanı rayonlarımız olan Ağdam, Goranboy, Bərdə, Tərtər əhalisinin suvarma işlərində ciddi problem yaranmasına, kəskin su çatışmazlığı isə torpaqların deqradasiyasına səbəb olmuşdur. Əksinə suya ehtiyac olmadığı mövsümlərdə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurmuşdur.

    27 sentyabr 2020-ci il tarixindən şanlı ordumuz tərəfindən həyata keçirilən əks- hücum əməliyyatı zamanı məğlubiyyəti ilə barışmayan düşmən münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb. Nəticədə Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii göllər və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və əsasən su quşlarının yaşama yeri olan Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, landşafta ciddi ziyan dəyib.

     Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150 – 300 il olan Şərq çinarları, gövdəsinin diametri 60 sm olan qoz ağacları məhv edilib və ya yandırılıb. Ötən əsrin 60-70- ci illərində 2 hektar ərazidə salınmış eldar şamı və sərv ağaclarından ibarət park isə tamamilə məhv edilib.

     Zəngilan rayonu ərazisində salınmış Bəsitçay dövlət qoruğunun acı taleyini də erməni vəhşiliyinə sübut olaraq göstərmək olar. Qoruğun florasına qoz, dağdağan,söyüd,qovaq kimi bitkilər daxil olsa da, əsasını Azərbaycanın “Qırmızı kitabına ” salınmış Şərq çinarları təşkil edirdi. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il idi. Bu çinar ağacları qəddarcasına qırılaraq məişətdə istifadə edilmiş, ərazi talan olunmuş, qoruq tamamilə məhv edilmişdir.

      Erməni vandalları torpaqlarımızda ekoloji terroru tərk etməli olduqları rayon və şəhərlərimizdən çıxarkən də davam etdirirlər. Kəlbəcərdə,Laçında evlər yandırırılır, meşələr qırılır. Bu əməlləri ilə o torpaqların onlara aid olmadəğını bir daha sübut edirlər. Çünki insan özünə aid olanı məhv etməyə əli gəlməz.

     Bütün bu ekoloji terror nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü,min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb,Azərbaycanın “Qırmizi Kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir,sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib.

     Bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan  azad edib, əzəmətli üçrəngli bayrağımızı işğaldan azad olunmuş doğma yurd- yuvamızda dalğalandırmışdır. Düşmən törətdiyi bütün cinayət əməllərinə görə cavab verəcək,layiqli cəzasını alacaqdır. Azad etdiyimiz torpaqlara yenidən həyat qayıdacaq, biz o torpaqları yenidən dirçəldəcəyik,dağıdılmış ekosistem bərpa olunacaq, doğma Qarabağımız yenidən çiçəklənəcəkdir.

   QARABAĞ AZƏRBAYCANDIR!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi