Paytaxt məktəblərindən orduya dəstək aksiyaları

Paytaxtdakı ümumi təhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları davam edir.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə hərtərəfli dəstək göstərilir.

Məktəb kollektivləri əsgərlərlə görüşlərdə ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə edir, hər bir azərbaycanlının döyüşə hazır olduğunu vurğulayırlar. Şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə yazdıqları məktublar da əsgərlərə təqdim olunur.

Həmçinin bir çox təhsil işçiləri və valideynlər qanvermə aksiyasına da qoşulurlar.

Qeyd edək ki, dəstək aksiyalarının təşkil olunmasında əsas məqsəd xalq-ordu birliyini daha da möhkəmləndirmək, cəmiyyətdə vüsət alan yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaq, xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi