"Müəllim tarixin ən çətin dövrlərində dəyanətli olubdur" H.Ə.Əliyev

Müəllimlik olduqca şərəfli peşədir. Bütün dövrlərdə müəllim əməyi yüksək qiymətləndirilib. Tarixi şəxsiyyətlərin bu insanlar haqqında dəyərli fikirləri, həmişə olduğu kimi, indi də öz əhəmiyyətini qoruyub saxlayır. Cəmiyyətdə müəllimlərə həmişə böyük hörmət olub. Ulu öndər Heydər Əliyev müəllim adını uca tutardı, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi. O, müəllimlər haqqında bu sözləri deyib: "Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur".

İndi tarixin ən çətin dövrlərindən birini yaşayırıq. Koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə fədakar müəllimlər təhsilin davamlılığının təmin edilməsi missiyasını öz çiyinlərində daşıyırlar. Təhsil müəssisələrində şagirdlərin proqramdan geri qalmamaları üçün onlar distant təhsil imkanlarından istifadə edirlər.

Ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Virtual məktəb”  layihəsinə start verildi. “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradıldı.

 Lakin proqramın imkanları geniş olduğuna görə müəllimlərin onu tez bir zamanda öyrənib tətbiq etməsi bir qədər çətinliklər yaratdı. Buna baxmayaraq məktəbimizin müəllimləri bu çətinliyin öhdəsindən layiqincə gəldilər. Artıq  “Microsoft Teams” proqramından istifadə edərək virtual dərslər keçirilməkdədir. Hətta keyfiyyətli və maraqlı dərs mühitinin yaratmaları üçün məktəbin pedaqoji şura katibi, kimya-biologiya fənn metodbirləşmə sədri Şəhla Mehdiyeva öz təşəbbüsü ilə kanal yaratmış və orada bütün incəliklərinə qədər bu proqramın necə istifadə olunması haqqında məlumatlar yerləşdirmişdir (https://youtu.be/WM-VAFahs0E). Kanalda “Microsoft Teams” proqramının həm kompüter, həm mobil versiyalarından istifadə qaydaları, eləcə də onun həm müəllim, həm şagird interfeysinin bütün detalları izah olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi