Məktəbdə 21 Fevral - Beynəlxalq Ana Dili günü qeyd olundu

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Bu münasibətlə 318 nömrəli məktəbdə məktəbin müəllimi Firuzə Nəcəfovanın rəhbərliyi və 3 "Ç" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildl. Tədbirdə rəhbərliklə yanaşı məktəbin müəllim və şagirdləri, valideynlər iştirak etdilər.

Tədbirdə beynəlxalq ana dili ilə bağlı videoçarxlar göstərilmişdir. Şagirdlər qədim Qarabağ diyarına “səyahət” etmiş, xan qızı Xurşidbanu Natəvana həsr edilmiş səhnəcik nümayiş etdirmiş, Azərbaycanın tarixi şəhəri olan Şuşa haqqında mahnı oxumuş, rəqs etmişlər. 

Tədbirin sonunda məktəbin direktoru çıxış edərək bu tədbirin keçirilməsində əməyi olan müəllim və şagirdlərə öz təşəkkürünü bildirmiş və onları Fəxri Fərman ilə təltif etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi