20 Yanvar - Ümumxalq Hüzn Günü

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
20 yanvar faciəsi barədə şagirdləri daha genış məlumatlandırmaq, gənclərdə vətənpərvərlik hissini yüksəltmək məqsədilə məktəbdə “20 Yanvar” adlı tədbir keçirildi. Tədbirdə rəhbərlik, pedaqoji heyət və şagirdlər iştirak etmişlər.