Məktəbdə bayram tədbirləri keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində olduğu kimi 318 nömrəli tam orta məktəbdə də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirildi. Rəsm, bədii qiraət, inşa yazı müsabiqələri və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olundu, divar qəzetləri hazırlandı.

Bayram tədbirlərindən biri də məktəbin bədii rəhbəri Rübabə Muradovanın təşkilatçılığı ilə hazırlanmış “Qış nağılı” tədbiri idi. Tədbirdə təhsil müəssisəsinin rəhbərləri, müəllim, şagird, valideyn və digər qonaqlar iştirak etdilər. Zalın mötəşəm tərtibatı, şagirdlərin ruh yüksəkliyi ilə nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalar hamıda xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi