"Heydər Əliyev dühası" adlı tədbir keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar 318 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirin əvvəlində Ulu Öndərin büstu qarşısında güllər qoyuldu, Heydər Əliyevin əziz xatirəsi yad edildi. Tədbirdə  müstəqil Azərbaycan dövlətinin qurulmasında və qüdrətlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən danışıldı.  Həmçinin, bildirildi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr respublikamızda əhəmiyyətli iqtisadi yüksəliş, habelə geniş abadlaşdırılma işləri, yeni yaşayış məskənlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi xalqın yaddaşında qalmışdır.

Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Ümumilli Liderin siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın davamlı və hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə hədəflənən ali dövləti fəaliyyətinə xalqımız tərəfindən hər zaman dəstək olunacaq, qarşıya qoyulan vəzifələri ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün səylər səfərbər ediləcək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi