Elçin Qasımov Əlişan
Qasımov Elçin Əlişan oğlu 2017-ci ilin noyabrında Azərbaycan Free Fighting Assosasiyasının təşkil etdiyi uşaq, yeniyetmə və gənclərdən ibarət klublar arası yoxlama turnirində Tay-boks sistemi üzrə I yerə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2018-ci ilin fevralında keçirilən 26 fevral Xocalı soyqırımına həsr olunmuş Tay-boks üzrə Bakı şəhər açıq turnirində 54 kq çəkidə I yerə, 2018-ci ilin aprelində Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş MUAY-TAY idman növü üzrə Respublika turnirində I yerə layiq görüldüyünə görə diplomlarla təltif olunmuşdur.
Ramik Əhmədov Niyazi oğlu
Əhmədov Ramik Niyazi oğlu Kyokushin-karate üzrə dəfələrlə yarışlarda olmuş və onlarla müxtəlif dərəcəli medal, diplom və sertifikatlarla təltif olunmuşdur. O, 2015-ci il avqustun 25-i və sentyabrın 26-ı Respublika üzrə yarışlarda I yer, 2016-cı ildə Beynəlxalq yarışda I yer, həmin il Avropa-Asiya yarışmasında I yer qazanmışdır. Ramik 2016-cı ilin dekabrında Kyokushin-karate üzrə Dünya kuboku uğrunda mübarızədə II yerə layiq görülmüşdür.