Bilik Günü qeyd olundu

                         15 sentyabr – Bilik Günü münasibətilə məktəbimizdə təntənəli tədbir keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra şagirdlərin ifasında Vətənə, elmə və təhsilə həsr olunmuş şeirlər, mahnılar və kompozisiyalar təqdim olundu. İlk dəfə məktəb həyatına qədəm qoyan birinci sinif şagirdləri isə xüsusi sevinc və həyəcanla tədbirdə iştirak etdilər.

Sonda müəllimlər və valideynlər şagirdlərə biliyin və təhsilin həyatdakı önəmini vurğulayaraq onların hər zaman elmə, kitaba və vətənə bağlı olmalarını arzuladılar.

Yeni tədris ilində II-XI siniflərdə ilk dərs mövzusu “Konstitusiya və Suverenlik ili”nə həsr olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi