Məktəbimizin müəllimləri “Müasir metodist” layihəsinin qalibi seçildi

Məktəbimizin müəllimləri “Müasir metodist” layihəsinin qalibi seçildi
Ümumi təhsil müəssisələrində metodik xidmətin təkmilləşdirilməsi istiqamətində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində məktəbimizin müəllimləri – Cəfərli Zeynəb və Həsənova Alimə uğurla seçilərək metodist adına layiq görülüblər.
Layihənin əsas məqsədi müəllimlərin müasir metodik yanaşmaları mənimsəməsinə, peşəkar bacarıqlarının artırılmasına və innovativ tədris təcrübələrinin ümumtəhsil müəssisələrində yayılmasına dəstək olmaqdır.
Müəllimlərimizi bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.