Məktəbdə “Son Zəng” tədbiri keçirildi

           14 iyun 2025-ci il tarixində məktəbdə ənənəvi və xüsusi emosional çalarlarla yadda qalan “Son Zəng” tədbiri keçirildi. Məktəbin həyətində təşkil olunan tədbirdə müəllimlər, valideynlər, şagirdlər və dəvətli qonaqlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edildi.Rəsmi hissədə məktəbin direktoru Fidan Axundova çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Direktor qeyd etdi ki, bu illər ərzində şagirdlər təkcə bilik deyil, həm də məktəbin ruhunu, dəyərlərini və dostluq bağlarını qazandılar. O, müəllimlərin əzmkarlığını və valideynlərin dəstəyini xüsusi minnətdarlıqla qeyd etdi.

Tədbirin bədii hissəsi məktəbin birinci sinif şagirdlərinin şeir və rəqs kompozisiyası ilə davam etdi. Onların çıxışı məzunlara həsr olunmuş sevgi və xatirə dolu mesajlarla yadda qaldı.

Məzunlar səhnəyə çıxaraq müəllim və valideynlərə təşəkkür etdilər, məktəbə və uşaqlıqlarına olan bağlılıqlarını ifadə etdilər. Daha sonra onlar simvolik olaraq “bilik açarı”nı 10-cu sinifdə yüksək nəticə göstərmiş şagirdlərə təqdim etdilər. Bu mərasim məktəbin təhsil estafetinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdı.

Ənənəvi “son zəng” birinci sinif şagirdlərinin təqdimatında səsləndirildi və məzunlar məktəb həyətində vida yürüşü edərək tədbirə yekun vurdular.

“Son Zəng” tədbiri məktəb illərinin xoş xatirələrlə yadda qalacağı bir mərhələnin sonu, eyni zamanda ümid və məqsədlərlə dolu yeni başlanğıcın simvoluna çevrildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi