Ümumi orta təhsil haqqında attestatlar təqdim olundu

Ümumi orta təhsil haqqında attestatlar təqdim olundu
2024–2025-ci tədris ilinin sonunda məktəbin 9-cu sinif şagirdlərinə ümumi orta təhsil haqqında attestatlar təqdim olunub.
Təqdimat zamanı məktəb rəhbərliyi şagirdlərin bu mərhələyə qədər göstərdikləri səyləri, əldə etdikləri nəticələri yüksək qiymətləndirib, onlara gələcək təhsil pilləsində – tam orta təhsildə uğurlar arzulayıb. Qeyd olunub ki, bu attestatlar ümumi orta təhsil səviyyəsini başa vuran hər bir şagirdin əməyi və biliklərinin rəsmi göstəricisidir.
Müəllimlər də şagirdləri təbrik edərək, onları gələcəkdə daha məsuliyyətli, məqsədyönlü olmağa, qarşıdakı illərdə uğurlarını davam etdirməyə həvəsləndiriblər.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na uyğun olaraq təqdim olunub.