Bullinqlə mübarizə məqsədilə sorğu keçirildi.

Məktəbdə bullinq hallarının qarşısını almaq, sağlam mənəvi - psixoloji və təhlükəsiz mühitin yaradılması məqsədilə şagirdlər arasındakı münasibətləri və onların davranışını öyrənmək üçün məktəbin VII və VIII sinifləri arasında sorğu keçirildi. Sorğunun nəticələri təhlil edildikdən sonra onun nəticələri əsasında görüləcək tədbirlər barədə bullinqlə mübarizə rəhbərləri, məktəbin psixoloqu və uşaq birliyi təşkilatı rəhbəri müzakirələr apardı.