"Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə" adlı tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 309 nömrəli tam orta məktəb ilə birlikdə "Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə" adlı tədbir keçirib. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nailə Hüseynovanın rəhbərliyi ilə hazırlaşan 7 "B" sinif şagirdləri Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə ", "Ana hədiyyəsi", "Durna qatarı", "Həyat sən nə şirinsən" adlı şeirlərini səsləndiriblər. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Dilarə Əliyeva, Filologiya üzrə fəlsəfə doktoru, Heydər Əliyev adına liseyin direktor müavini Aidə Mirzəzadə, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.