14.06.2025 tarixində Son Zəng tədbiri keçirildi.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olan oğulların müqəddəs ruhunun anılması ilə başladı. Ardınca məktəbin direktoru Ramiz Osmanova söz verildi. Tədbirdə iştirak edən birinci sinif şagirdləri, məzunların ibtidai sinif müəllimləri, sinif rəhbərləri və valideynləri də söz alaraq onları təbrik etdilər. Sonra söz məzunlara verildi. Bu il 11- ci sinfi başa vuran hər üç sinfin məzunları hazırladıqları maraqlı kompozisiyaları nümayiş etdirdilər.