28 May Respublika Günü

27.05.2021 tarixində 1b sinif rəhbəri Mayqa Hüseynova sinif təşkilat saatını 28 May Respublika Gününə həsr etmişdir. Şagirdlər Respublika Günü münasibətilə hazırladıqları şeirləri, mahnıları, təbrikləri səsləndirmişlər. Şərqdə ilk demokratik respublikanın qurucusu Məmmədəmin Rəsulzadə dərin hörmət və ehtiramla yad edilmişdir.
Eyni zamanda, ibtidai sinif şagirdləri arasında 28 May Respublika Gününə həsr edilmiş rəsm müsabiqəsində şagirdlər fəal işrirak etmişlər.