11"Ç" sinfində ilk dərs "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuşdur

11 "Ç" humanitar-riyaziyyat-iqtisadiyyat təmayüllü sinifdə ilk dərs “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuşdur.

 

Bu gün 11 "Ç" sinfində yeni tədris ilinin ilk dərsi keçirildi. Mövzu dövlətçilik və vətəndaşlıq ruhunu əks etdirən “Konstitusiya və Suverenlik ili” idi.

 

Dərsdə şagirdlərə Azərbaycan dövlətçiliyinin təməl prinsipləri, Konstitusiyanın ölkəmizin ali hüquqi sənədi kimi rolu, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verildi. 

 

Təqdimatlar nümayiş etdirildi, mövzu ətrafında sual-cavablar və fikir mübadiləsi aparıldı.

 

Şagirdlər həm dövlətçilik dəyərlərini daha dərindən mənimsədilər, həm də suverenliyin hər bir vətəndaş üçün necə önəmli olduğunu dərk etdilər.

 

Müəllim: Sərxan Şahverdiyev

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi