Məktəbimizdə 2025/2026-cı tədris ili üzrə ilk pedaqoji şura iclası keçirildi

12 sentyabr 2025-ci il tarixdə məktəbimizdə yeni tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şura iclası keçirilmişdir.

 

İclasda sədr və katib seçilmiş, gündəlik məsələlər təqdim olunmuşdur.

 

Gündəlikdə müzakirə olunan əsas məsələlər:

1)Ali məktəblərə qəbul nəticələri və şagird nailiyyətləri;

2)IV və VI sinif monitorinqləri, IX sinif buraxılış imtahanlarının nəticələri və yeni tədris ili üzrə görüləcək işlər;

3)2025/2026-cı tədris ilində tədris prosesinin təşkili, iş rejiminin tənzimlənməsi və digər cari məsələlər.

 

 Məruzəçilər:

 

Ümumi məsələlər – Nizami Qasımzadə

 

XI siniflərin ali təhsil müəssisələrinə qəbulu, nailiyyətlər, Şagird Davranış Qaydaları üzrə davamiyyət və monitorinqlərin aparılması – Sərxan Şahverdiyev

 

Sinifdənxaric və məktəbdənkənar fəaliyyətlər, növbətçilik və tədbirlərin təşkili – Elşən Rəsulov

 

5 və 10-cu siniflərdə payız imtahanına qalan şagirdlər, yeni 5-ci siniflərdə sinif rəhbərlərinin təyin olunması, metodbirləşmələrin yenilənməsi, təhlükəsizlik məsələləri – Könül Həsənova

 

8-ci siniflərdə payız imtahanına qalan şagirdlərlə iş, 10-cu siniflərin komplektləşdirilməsi, təmayül siniflərin yaradılması – Aytəkin Əliyeva

 

6 və 7-ci siniflərdə payız imtahanına qalan şagirdlərlə işin təşkili – Şeyda Abbasova

 

1, 3, 4-cü siniflərdə tədris və tərbiyə prosesi, 0-cı siniflərin komplektləşdirilməsi, 4-cü siniflərin monitorinq nəticələri – Samirə Sadıqova

 

2-ci siniflər üzrə tədris və cari məsələlər – Şəbnəm Məmmədova

 

İclasın sonunda cari məsələlər müzakirə olunmuş və kollektiv yeni tədris ili münasibətilə təbrik edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi