2024/2025-ci tədris ili üzrə qəbul nəticələri

2024/2025-ci tədris ilində Bakı şəhəri, 307 nömrəli tam orta məktəbdən 181 nəfər şagird məzun olmuşdur.
Onlardan 120 nəfəri ali təhsil müəssisələrinə sənəd təqdim etmiş, nəticədə 90(75%) nəfər tələbə adını qazanmışdır.
Qəbul nəticələri üzrə statistik göstəricilər:
10 nəfər 500–600 bal aralığında;
7 nəfər isə 600-dən yuxarı nəticə göstərərək nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslarına qəbul olmuş;
Bundan əlavə, 1 nəfər Polis Akademiyasına;
2 nəfər Daxili Qoşunlar Akademiyasına;
4 nəfər isə xüsusi imtahan qaydaları ilə müxtəlif xarici ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Bu göstəricilər məktəbimizin tədris prosesində əldə etdiyi uğurların, müəllimlərin peşəkarlığının və şagirdlərin məsuliyyətli hazırlığının bariz nümunəsidir.
Məktəb rəhbərliyi bütün məzunlarımızı səmimi qəlbdən təbrik edir, onlara ali təhsil həyatında uğurlar arzulayır.