Şəhid M.Məmmədovun 65-ci ildönümü

  Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ilin avqustun 21-də şəhidlik zirvəsinə ucalmış şəhid M.A.Məmmədovun mövludu ilə əlaqədar olaraq 15.03.2024-cü il tarixdə onun məzarını ailəsinin iştirakı, məktəbin pedaqoji heyəti və şagirdlərlə birlikdə ziyarət etdik.

   Məzarına gül-çiçək dəstələri qoyduq. Məktəbin direktoru P.V.Rzayeva şəhidin həyatı, döyüş fəaliyyəti haqqında danışdı. Həyat yoldaşının xatirələrinə qulaq asdıq. Şagirdlərimizin və nəvələrinin şeirlərini dinlədik. Bütün şəhidlərə Allahdan rəhmət, ordumuza və Ali Baş komandanımıza can sağlığı arzuladıq. Şagirdlər  bir ağızdan söylədilər: “ Qarabağ Azərbaycandır! ”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi