"Zərərli vərdişlər: Alkoqolizm və Narkomaniya"

  14.03.2024-cü il tarixdə məktəbin psixoloqu İ.N.Paşayeva “Fəaliyyət planı”nın 1.1.16 bəndinə əsasən yeniyetmələr arasında narkomaniya və zərarli vərdişlərə meyllərin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində “Zərərli vərdişlər! Alkoqolizm və Narkomaniya” adı altında VIII sinif şagirdləri ilə maarifləndirici seminar təşkil etdi.

    Seminarda şagirdlərə alkoqolizmin və narkotik-psixotrop maddələrin sağlamlığa vurduğu ziyan izah edildi, video-çarxlar nümayiş etdirildi. Şagirdlərə aslılığın diaqnostikası məqsədilə “Aslılıq” testi işlədildi. Şagirdləri qruplara bölərək “Problemlər ağacı” və rollu oyun, iş-üsul və formalarından istifadə edildi.

 Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi