HAQQIMIZDA

Bakı şəhəri M.Məmmədov adına 303 nömrəli ümumi orta məktəb Qaradağ rayonu Baş Ələt qəsbəsi Füzuli küçəsi 1 ünavınında yerləşir. M.Məmmədov adına 303 nömrəli məktəbə 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü və surerenliyinin təmin edilməsi uğrunda həmin məktəbin məzunu Ağdərə döyüşündə qəhrəmancasına şəhid olmuş Mirzağa Ağali oğlu Məmmədovun ( 20.03.1959-cu ildə Ələt qəsbəsində anadan olmuşdur) adı verilmişdir.

    Məktəb 2 korpusdan ibarətdir.

     I korpus -  8 sinif otağından ibarət olan məktəb binası  1952-ci ildən təhsil ocağı kimi fəaliyyətə başlamış, 2005/2006-cı tədris ilinin sonuna qədər davam  etmişdir.

     II korpus - 2006-cı ilin sentyabr ayından Heydər Əliyev Fondu tərəfindən birtipli layihə əsasında 240 yerlik, 12 sinif otağı, kitabxana, kompüter, direktor, qəbul otaqları və bufetdən ibarət yeni məktəb binası istifadəyə verilmişdir. Məktəbin yerləşdiyi 8127.6 kvm həyətyanı sahəsinin 1169.1 kvm asfalt örtüyü, 2374 kvm bəzək ağaçları sahəsi və futbol meydançası təşkil edir.

     Məktəbin maddi-texniki bazası daima yenilənir, müasir tələblərə cavab verən ağıllı lövhələr, proyektorlar və internet xəttinə qoşulmuş kompüterlərdən istifadə olunur. Bədii ədəbiyyat və yeni dərsliklərlə təmin olunmuş kitabxanada proyektor da quraşdırılaraq şagirdlərin istifadəsinə verilmişdir.

      Məktəb Azərbaycan bölməsi üzrə 5 günlük iş rejimində, 1 növbəli işləyir, Pedoqoji Şuranın təsdiq etdiyi illik Fəaliyyət Planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmr və tövsiyələri əsasında fəaliyyət göstərir. “Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı”, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən irəli gələn müddəaların həyata keçirilməsində mərhələli işlər görür.

    Məktəb müasir cəmiyyətdə uşaqların təhsil almaq hüquqlarını təmin edir, uşaqların təlim-tərbiyəsi ilə  məşğul olur, nizam-intizam, qayda-qanun əsas amildir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi