Erkən nikahın fəsadları

 Tədqiqatlara əsasən dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ailə qurur, bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha sövq edilir. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir.

  Erkən nikahlar qızları usaqlıq çağından məhrum edir, onlar zorla təhsildən kənar qalırlar. Həmçinin erkən nikah irsi xəstəliklərə səbəb olur, sağlamlıq imkanları məhdud uşaqlar doğulur. Eyni zamanda fiziki, psixoloji sağlamlığa zərbə dəyir. Bu da sosial cəhətdən hassas qrupların sayının artması ilə nəticələnir.

   Yuxarıdakı fikirləri nəzərə alaraq məktəbin VIII-IX sinif şagirdləri arasında erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə “Erkən nikahın fəsadları” mövzusunda seminar təşkil edildi.

Seminarda “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsait” dən istifadə olundu. Bununla yanaşı şagirdlərə maarifləndirici video-çarx nümayiş etdirildi, məktəbin psixoloqu mövzu ilə əlaqədar ətraflı və geniş məlumat verdi. Şagirdlərlə “Erkən nikahların meydana gəlməsinin sosial-psixoloji səbəbləri”ni araşdırmaq üçün diaqnostik sorğudan istifadə edildi.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi