#valideynmüəllimməktəb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial media layihəsinə start verilir.

Layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin paytaxtın təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq 28.02.2024-cü il tarixdə VIa sinif şagirdlərinin valideynlərilə seminar təşkil edildi. Seminarda sinif rəhbəri, direktor müavini və psixoloq iştirak etdi. Seminar “Valideyn-müəllim-şagird üçbucağı” adı altında təşkil edildi.

 Seminarda şagirdlərin nizam-intizamı, şagird- davranış qaydaları, I yarım ilin qiymətləndirilməsi, ictimai işlərdə fəallıq və s. kimi məsələlər müzakirə edildi. Fənn müəllimlərinin çıxışları dinlənildi. Məktəbin psixoloqu valideynlər üçün tərtib etdiyi “Valideynlər üçün anket” paylayıcı materiallarından istifadə etdi. Valideynlər üçün tərtib edilmiş anketin əsas məzmununa - şagirdlərin dərsə və məktəbə münasibətinin optimallaşdırılması, təhsilə fokuslanması, asudə vaxtlarının səmərəli keçirilməsi, bilik yarışlarında və olimpiadalarda yaxından iştirak, şagird fəaliyyətinin gələcək planlaşdırılması və s.daxil edilmişdi.

Valideynlərin anketi yazmaqda əsas məqsədi bu kimi məsələləri nəzərə alaraq məktəbdə şagirdlərlə iş prosesinə yaxından dəstək olmaqdır.

Seminarın sonunda valideynlərin irad və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi