1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü

30.05.2025-ci il tarixində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə məktəbdə IV sinif rəhbərlərinin təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir.
Çıxış edən məktəb rəhbərliyi tədbirdəki bütün uşaqları “ 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır.
Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların, müəllim və tədbir iştirakçılarının razılıqlarına səbəb olmuşdur.
Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etmişdir.