Peşə təmayüllü sinifdə imtahan təşkil olunub

29.05.2025-ci il tarixində məktəbimizdə "Peşə təmayüllü siniflərin təşkili" layihəsinə cəlb olunan 11 "P" sinfində "İT Help Desk" və "Qrafik dizayner" ixtisası üzrə təhsil alan şagirdlər üçün nəzəri imtahan təşkil olunub.

Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.

Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək. Növbəti praktiki imtahanlarda iştirak edəcək bütün şagirdlərimizə müvəqqətlər arzu edirik.

#peşətəmayüllüsiniflərlayihəsi

#301məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi