"Suveren dövlətin ekoloji dəyərləri" layihəsi

Yaşıl layihə: "Suveren dövlətin ekoloji dəyərləri" adlı layihə çərçivəsində məktəbin Azərbaycan dili müəllimi Alıyeva Nərmin tərəfindən şagirdlərin dərsə olan marağını artırmaq məqsədilə 5c sinfində açıq havada dərs təşkil olunmuşdur. Dərsin təşkilini məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Paşayeva Təranə izləmişdir. Şagirdlər dərsdə olduqca fəal iştirak etdilər, dərsin açıq havada keçirilməsindən çox məmnun oldular, zövq və həvəslə verilən tapşırıqları yerinə yetirib təqdimat etdilər.