“BilBacar” müsabiqəsinin növbəti mərhələsi

14.05.2025-ci il tarixində Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “BilBacar” müsabiqəsinin növbəti mərhələsi keçirilib. Müsabiqənin gedişatını məktəb üzrə koordinator Kamil Dünyamalıyev izləyib.
Qeyd edək ki, müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri müəyyən etməkdir.